"Keçən il də qeyd etmişdim ki, futbolçularımın istirahətə ehtiyaca var. Ümumən pis istirahət etməyiblər. Sadəcə, bir neçə furbolçu xəstələnib. Pis dönməyiblər. Üzləri gülür. Həvəslə məşq edir, hazırlaşırlar". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
- "Qarabağ" toplanış müddətində niyə "Ayntraxt"a yaxın rəqiblə qarşılaşmayacaq?
- Maliyyə ilə bağlı heç bir problem yoxdur. İlboyu güclü rəqiblərlə oynamışıq. Bu günlərdə belə bir rəqiblərlə 90 dəqiqə oynamağa hazır deyilik. Böyük vaxt itirməmişik ki, birdən-birə elə bir rəqiblərə qarşı enerji, güc sərf edək. Sadəcə, bəzi detallarda intizamsızlıq vardı. Oyundan çox məşqə ehtiyacımız var idi. Buna görə də 15-20 gün ərzində məşqlərlə bunu aradan qaldırmağa çalışacağıq.
- "Qəbələ" ilə oyundan sonra zənglərin sayı artıb ya azalıb?
- Yenə davam edir. Bir var, bir futbolçu ilə bir nəfər danışır, bir də var, hərə bir tərəfdən danışır. Məni narahat edən bu amillərdir. Yankoviçin ayrılması ilə bağlı məndə elə bir məlumat yoxdur. Yerli futbolçularıma da dəvət var. Menecerlər zəng vururlar, daha çox onları istəyirlər. Hələ ki, getməsi, gəlməsi gözlənilən futbolçu yoxdur. Hər mövqeyə danışıqlar aparırıq. Həm qapı, həm orta, hücum - hər mövqe üçün danışıqlar gedir. Görək, hansı səviyyədə olur. Çalışırıq, hər mövqedə oyunçularımızın sayını artıraq.
- Hazırda "Qarabağ" Azərbaycan çempionatında ikinci yerdədir, buna görə narahatlığınız var?
- Məndə həmişə narahatlıq olub. Rahatlıq çempionluğu təmin etdikdən sonra yaranıb. Hər komandanın uğruna sevinirik. İddiamız çempionluqdursa, sona qədər vuruşacağıq. Həmişə sən çempion olmalısan deyə futbolda qanun yoxdur. O demək deyil li, bu il "Qarabağ", "Real" və ya başqası çempion olmayacaqsa, gələn il öz iddiasınsa əl çələcək. Qarşımızda güclü rəqiblər var. Özüm istərdim ki, biz daha təhlükəli olaq. Amma "Sabah" da güclüdür. Çempionluq yarışında bir neçə il əvvəl uduzduğumuz "Neftçi" də uduzmuşdu. Ümumən ilin sonuna yaxın çox yorulmuşduq. Psixoliji hazırlığımlz aşağı düşmüşdü. "Sabah" sabahı düşünərək iş qurub. Bizim üçün təhlükəli olsa da, Azərbaycan futbolu adına sevinirəm. Bütün komandalar iddialıdır. Həmişə arzum olub ki, futbolda sizlərin, azarkeşlərin inamını itirməyim. Güvən mənə həmişə qalsın. Şəxsi həyat barədə danışmağı xoşlamıram.
- İlin sonunda yaranan fasilədə istirahət məqsədilə futboldan uzaq qalmağı bacara bildinizmi?
- Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, futbolu, məğlubiyyətləri müzakirə edirdilər. Bir neçə nəfəri çıxmaq şərtilə. Hansı ki, məni başa düşənlər. Bunu niyə dəyişmədin, onu niyə etmədin... Başlayanda deyirdilər, düzünü sən bilirsən, amma sonra... Bir neçə yaxınım var ki, mənə motivasiya verirdi. Qaldı ki, futbolçularım yaxşıdır, yaxşı motivasiyadadılar, bu, mənim üçün yaxşı istirahətdir.
- "İmarət" stadionunda ilk oyunun hansı olmasını istərdiniz?
- O günə kimi sağ qalmaq lazımdır. Məncə, tam hazır olduqdan sonra baxmaq olar. Fərqi yoxdur. İlk oyunumuzu Çemoionlar Liqasının finalı kimi düşünəcəyik.