"Real"ın yarımmüdafiəçisi Arda Gülər "Arsenal" tərəfindən izlənilir. Sport24.az xəbər verir ki, "topçular" yaxın günlərdə türk futbolçu üçün icarə və satınalma şərti təklif edə bilər.

 

20 yaşlı türk oyunçunun çıxışı diqqətlə izlənilir. Hələlik "Real" Gülərin klubdan ayrılıb-ayrılmayacağı barədə qərar verməyib.

 

Arda cari mövsümdə bütün turnirlər üzrə 26 oyunda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.