Türkiyə Futbol Federasiyası (TFF) 108 məşqçinin mərc oynadığını aşkarlayıb. Sport24.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Qurum tərəfindən aparılan araşdırmaya əsasən, son beş ildə həmin şəxslərin mərc oyunları ilə məşğul olduqları üzə çıxıb.
İntizam Komitəsinin 57-ci maddəsinə uyğun olaraq onlar barədə araşdırma aparılacaq.