Martin O'Nil "Seltik"in baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. 

 

73 yaşlı mütəxəssis Vilfrid Nansinin istefasından sonra cari mövsümün sonuna qədər komandaya müvəqqəti rəhbərlik edəcək.

 

Qeyd edək ki, O'Nil oktyabrda, Brendan Rocersin gedişindən sonra da "Seltik"in "sükanı arxasına" keçmişdi. Komanda onun rəhbərliyi altında səkkiz oyundan yeddisində qalib gəlsə də, rəhbərlik Nansi ilə müqavilə bağlamağı lazım bilmişdi.