"Milan"ın qapıçısı Mike Menyan klubla müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Menyan Milan klubunda qalmağın ən yaxşı seçim olduğuna qərar verib. Əgər təklif qəbul edilərsə, qolkiper bonuslar da daxil olmaqla illik 7 milyon avro olacaq və komandadakı ən yüksək ödənişli futbolçulardan biri olacaq.
Qeyd edək ki, 30 yaşlı qapıçı bu mövsüm klubun heyətində 20 oyunda istirak edib.