Məşhur "Chess.соm" portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib. Burada mükafat fondu 10.000 dollardan çox olan yarışlar hesaba alınıb. Sport24.az xəbər verir ki, sözügedən siyahıda azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yer alıb.
21-ci sırada olan qrosmeyster Şəhriyar Məmmədyarov ümumillikdə 1 milyon 781 min 988 dollar (3,030,000 AZN), 2025-ci ildə isə 38 min 639 dollar (65.686,30 AZN) mükafat qazanıb.
Siyahının 28-ci sırasındakı Teymur Rəcəbov isə ümumi olaraq 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.
Qeyd edək ki, ilk pillədə norveçli Maqnus Karlsen yer alıb. O, indiyədək qatıldığı bütün turnirlərdən 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) qazanıb.