Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb. Sport24.az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.

 

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

 

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

 

Cavab görüşləri sabah baş tutacaq.