Milli Hokkey Liqasında (NHL) qapıçılar arasında ən çox ardıcıl oyun keçirən kanadalı Qlenn Holl 94 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, Holl liqa tarixində ardıcıl 552 görüşə çıxan yeganə qolkiperdir.
Q.Holl 1975-ci ildə "Şöhrət Zalı"na daxil edilib. Onun "Çikaqo"da oynayarkən geyindiyi "1" nömrəli forma isə əbədiləşdirilib.
Qeyd edək ki, Q.Holl NHL-də "Detroyt", "Çikaqo" və "Sent-Luis"in formasını geyinib. O, "Çikaqo"nun heyətində Stenli Kubokunu (1961) da qazanıb.