İngilis məşqçisi Qari O'Nil Fransanın "Strasburq" klubuna təyinatı barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlam verib:
"Yeni işimə başladığım üçün çox şadam və bu fantastik klubun bir hissəsi olduğum üçün qürur duyuram. Bu, unikal tarixə, inanılmaz ehtirasa, dözümlülüyə və əlbəttə ki, bu komandanın yaxşı oynamasını, uğur qazanmasını istəyən sadiq azarkeşlərə malik bir klubdur. Mövsüm üçün inanılmaz oyunçularımız və aydın, iddialı məqsədlərimiz var. Mənim vəzifəm komanda ilə birlikdə klubun uğuru üçün əlimizdən gələni etmək, çox çalışmaqdır".
Qeyd edək ki, iki gün öncə "Strasburq"un sabiq baş məşqçisi Liam Rosenyor "Çelsi"nin baş məşqçisi təyin olunub. Komanda 17 turdan sonra 24 xalla Fransa çempionatında yeddinci yerdədir.