Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan II Liqasında çıxış edən "Xankəndi"nin baş məşqçi vəzifəsindən ayrılıb. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.
Uzunca bundan sonra "Xankəndi" Futbol Akademiyasına rəhbərlik edəcək.
Komandanın yeni baş məşqçisinin kim olacağı isə yaxın günlərdə müəyyənləşəcək.