Kişilərdən ibarət Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov karyerasını Qətərdə davam etdirəcək. Sport24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə oyunçunun özü məlumat verib.

 

O, "Əl-Rayyan" komandası ilə anlaşdığını bildirib.

 

Qeyd edək ki, Andrey Melnikov son olaraq "Xilasedici"də çıxış edib.