"Barselona"nın qapıçısı Mark-Andre ter Stegen məşq zamanı zədələnib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano bu barədə "X" sosial media platformasında məlumat yayıb.
Mənbənin sözlərinə görə, zədənin nə dərəcədə ağır və ya yüngül olduğu bu həftə bilinəcək ki, bu da onun gələcək karyerasına göstərə bilər.
Bir müddət əvvəl mediada qapıçının İspaniya La Liqasında çıxış edən "Jirona"ya icarəyə veriləcəyi xəbəri yayılmışdı.
Qeyd edək ki, Mark-Andre ter Stegen 2014-cü ilin yayından "Barselona"da çıxış edir. Qapıçı 2025/2026 mövsümündə yalnız bir dəfə - Kral Kubokunda meydana çıxıb.