Əfsanəvi futbolçu Zinəddin Zidanın oğlu və Əlcəzair milli komandasının qapıçısı Lukas Zidan milli komandada unikal nailiyyətə imza atıb.

 

27 yaşlı qapıçı Əlcəzairin Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo DR-ni (1-0) məğlub etməsində pay sahibi olub. Bundan əvvəl Zidan qrup mərhələsinin iki oyununda - Sudan (3-0) və Burkina Faso (1-0) ilə qarşılaşmalarda da da qapısını toxunuzlmaz saxlayıb. Ekvatorial Qvineya (3-1) ilə üçüncü tur matçında isə Əlcəzairin qapısını Antoni Mandrea qoruyub. 

 

Bununla da Zidan Əlcəzair millisinin tarixində Afrika Millətlər Kubokunun üçün üç debüt matçında qapısını toxunulmaz saxlayan ilk qolkiper olub. 

 

Qeyd edək ki, "çərçivə qoruyucusu" göstəricini Nigeriya ilə 1/4 final matçında daha da yaxşılaşdıra bilər.