Lionel Messi karyerasını başa vurduqdan sonra nə işlə məşğul olmaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, argentinalı ulduz bununla bağlı "Luzu TV"yə açıqlamasında açıqlama verib:

 

"Özümü məşqçi kimi görmürəm. Bəli, menecer olmaq istərdim. Amma üçündən birini seçməli olsaydım, klub sahibi olmaq ideyasına üstünlük verərdim. Öz klubumun olmasını arzulayram. Onu inkişaf etdirmək, uşaqlara və gənc oyunçulara böyümək şansı verməyi düşünürəm. Buna görə də, bir istiqamət seçməli olsam, məni ən çox cəlb edən budur".

 

Qeyd edək ki, hazırda "İnter Mayami"nin futbolçusu olan Messinin bu il keçiriləcək dünya çempionatında oynayıb-oynamayacağı hələ də məlum deyil.