Voleybol üzrə kişilər arasında Yüksək Liqada 2026-cı ilin ilk qarşılaşmaları keçiriləcək. Sport24.az xəbər verir ki, bu gün VIII turun iki görüşü baş tutacaq.

 

"Neftçi" "Gənclər"lə qarşılaşacaq. Bu oyun saat 16:00-da başlayacaq. "Ordu" isə saat 18:00-a planlaşdırlan görüşdə "Murov Az Terminal"ı sınağa çəkəcək. 

 

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

 

Qadınlar arasında isə VI turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı gerçəkləşəcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da başlayacaq.