"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolde İtaliyaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Roma" niderlandlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

 

Türkiyə klubu Ostervoldeni satmağın əleyhinə deyil. Onların 24 yaşlı mərkəz müdafiəçisinin satışından gözləntisi 25 milyon avrodur.

 

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvar ayında "Parma"dan 6 milyon avroya transfer edib. Niderland U-21 millisinin sabiq üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.