"Komandada futbolçuların sayı azdır. Kiminləsə yollarımızı ayırmağı düşünmürük". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gəncə təmsilçisinin çalışdırıcısı komandasının heyətinə legioner cəlb etməyin çətinliyindən söz açıb:

"Yeni transferlərimiz olacaq. Yaxın zamanda keçidlərin reallaşması üçün addımlar atacağıq. Rüfət Abdullazadənin "Kəpəz"ə keçidi? Bu gün üçün Rüfət mövzusu gündəmdə deyil. heyətə legioner cəlb etmək çətindir, xüsusilə də qış transfer dövründə. Keyfiyyətli futbolçu maliyyə sarıdan səxəntı yaşamayan, turnir cədvəlində yüksək yerlərdə olan komandalara getmək istəyirlər. Futbolçu psixolojiyası belədir. Bir neçə oyunçu ilə danışdıq, təəssüf ki, sonda bizim şərtlər onları qane etmədi, başqa klublara üz tutdular".

Qeyd edək ki, hazırda aktivində 9 xal olan "Kəpəz" qış fasiləsinə 10-cu pillədə yollanıb.