"Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo "Barselona" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

 

Portuqaliyalı müdafiəçi 2025/26 mövsümünün sonuna qədər icarə əsasında Kataloniya klubunun formasını geyinəcək. "Barselona" buna görə görə, Səudiyyə Ərəbistanı təmsilçisinə 4 milyon avro ödəyəcək. 

 

Bir müddət əvvəl mediada "İnter"in futbolçu ilə ciddi maraqlandığı xəbəri yayılsa da, portuqaliyalı İspaniyaya yollanmağa qərar verib.

 

Qeyd edək ki, 31 yaşlı Kanselo 2024-cü ilin yayından "Əl-Hilal"da oynayır. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.  Portuqaliyalı əvvəllər həm "İnter", həm də "Barselona"da oynayıb.