Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb. 

 

Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın "Panionios" və Kiprin "Olimpiada Neapolis" komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, sabah Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.