Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start veriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

"Gənclər" və "Ordu" komandaları Abşeron Olimpiya İdman Kompleksində üz-üzə gələcək.

 

"Azərreyl" isə "Neftçi" ilə Fövqəladə Hallar Nazirliyinin idman zalında qarşılaşacaq. 

 

Hər iki görüş saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, XV tura fevralın 28-də yekun vurulacaq.