"Sevilya" "İndependiyente del Valle"nin yarımmüdafiəçisi Patrik Merkado ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında məlumat yayıb.

Mənbənin sözlərinə görə, Andalusiya təmsilçisi 22 yaşlı ekvadorlu futbolçunu bu yay keçiriləcək dünya çempionatı bitdikdən sonra heyətinə qatacaq.

Qeyd edək ki, Patrik Merkado "İndependiyente del Valle"nin yetirməsidir. O, klubunun heyətində 106 rəsmi matçda 11 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.