Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli olub. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmamız martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

 

Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland seçmələri ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

 

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

 

28 mart

20:00. Niderland –Azərbaycan

22:30. Estoniya –İspaniya

 

29 mart

20:00. Azərbaycan –Estoniya

22:30. Niderland –İspaniya