"Sabah"ın U-13 komandası Gürcüstanda keçirilən "Kobuleti Winter Cup" turnirində çıxışını başa vurub. Sport24.az xəbər verir ki, komanda qrup mərhələsində "Xelvaçauri" (3:0) və "Dolphins" (4:0) komandalarını məğlub edib, "İberia 1999" (1:1) ilə bərabərə qalıb.

 

1/4 finalda "Kobuleti"yə qalib gələn (3:0) "Sabah" yarımfinala yüksəlib. Təmsilçimiz yarımfinalda "Xelvaçauri"ni 3:1 hesabıyla üstələyərək həlledici matça vəsiqə qazanıb.  

 

Finalda yerli "Vazisubani" (0:0) komandasına oyun sonrası penaltilər seriyasında uduzan "Sabah" turnirin ikincisi olub.