"Barselona"nın futbolçuları Pedri və Ferran Torres komandanın məşq və oyun qaydalarındakı dəyişikliklərdən danışıb. Pedri açıqlamasında bildirib ki, Hansi Flikin komandaya gəlişindən sonra gecikmələr ciddi şəkildə cəzalandırılır. Sport24.az xəbər verir ki, futbolçular bu barədə İspaniyanın məşhur televiziya şousu "El Hormiguero"da danışıblar.
Pedri bildirib ki, oyun günlərində 10 dəqiqə gecikmək belə 40 min avro cərimə deməkdir. Ferran əlavə edib ki, məşqə 30 saniyə gecikmək belə cərimə üçün kifayətdir.