Bu gün Misli Premyer Liqasında XIV turdan təxirə salınan bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, "Qəbələ" "doğma divalar" arasında "Turan Tovuz"u qonaq edir. 

 

Tovuz klubu 37 xalla 3-cü, meydan sahibləri 15 xalla 10-cu pillədədir. Qarşılaşmanın start fiti saaqt 15:00-da səslənəcək. 

 

Qeyd edək ki, ötən ilin dekabrında keçirilən oyun Qəbələdəki duman səbəbindən yarımçıq dayandırılmışdı.

 

Misli Premyer Liqası

II dövrə, XIV turdan təxirə salınan oyun

15:00. "Qəbələ" - "Turan Tovuz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ. Şəhər stadionu.