Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl"ın qonağı olacaq. 

 

Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar. 

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

 

UEFA Çempionlar Liqası

Pley-off, cavab görüşü

00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Hakimlər:
 Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya) 
Nyukasl, "St. Ceyms Park"
İlk oyun - 6:1