Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" səfərdə "Nyukasl"ın qonağı olacaq. "Atletiko" "doğma divarlar" arasında "Brügge"ni qəbul edəcək. "Bayer" "Olimpiakos"la, "İnter" isə "Budyo Qlimt"lə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin digər matçları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
21:45. "Bayer 04" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 2:0
00:00. "İnter" (İtaliya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun -1:3
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 6:1
00:00. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 0:2