"Bildiyiniz kimi Cefferson Bentunun məsələsi ilə bağlı FİFA-ya şikayət etmişik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov deyib.

O, qış fasiləsində Braziliyaya yollanan və Azərbaycana qayıtmayan futbolçu ilə bağlı şikayət etdiklərini xatırladıb:

"Hazırda iş qurum tərəfindən araşdırılır. Bu proses də təxminən 3 ay çəkir. Ümid edirik ki, bizim lehimizə qərar veriləcək".

Qeyd edək ki, Cefferson Bentu cari mövsümün əvvəlində "Portimonense" klubundan icarə əsasında "Kəpəz"ə transfer olunmuşdu.