Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidmət çempionat oyunlarının təxirə salınacağını açıqlayıb. Sport24.az xəbər verir ki, buna səbəb AFA-nın maliyyə pozuntularında ittiham olunmasıdır.

 

Mənbənin sözlərinə görə, Argentinada bütün peşəkar liqalarda 5-8 mart tarixləri arasında nəzərdə tutulan oyunlar keçirilməyəcək.

 

Daha əvvəl ölkənin Gömrük və Nəzarət Agentliyi (ARCA) AFA-nı vergi borclarını ödəməməkdə günahlandırmışdı.

 

Yerli federasiya borcları ödədiyini və bütün öhdəliklərini yerinə yetirdiyini artıq məhkəmədə bildirib. ARCA isə öz növbəsində borcları toplaya bilmədiyini iddia edir.