Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizman karyerasını MLS təmsilçisi "Orlando Siti"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Klubun idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra Qrizmannın yaxın həftələrdə ABŞ klubuna transferi rəsmiləşəcək. 

 

Qeyd edək ki, 34 yaşlı Qrizmann 210 qolla "Atletiko"nun bütün zamanların ən çox qol vuran oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 35 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Fransız futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.