Bu gün Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

 

Çempionluq yolunda vacib qarşılaşmada qalib müəyyənləşməyib: 1:1.

 

Ev sahibi Asensionun 95-ci dəqiqədə vurduğu qolla hesabda irəli keçsə də, Allevinah 101-ci dəqiqədə qonaqların bərabərlik qolunu vurub.

 

Bu nəticədən sonra "Fənərbaxça" xallarının sayını 53-ə yüksəldərək lider "Qalatasaray"la arasındakı xal fərqini 2-yə salıb.