İtaliyanın "Roma" klubunda çıxış edən Paulo Dibalanın gələcəyi qeyri-müəyyəndir. Sport24.az xəbər verir ki, cari mövsümün sonunda "canavarlar"la müqaviləsinin müddəti başa çatacaq futbolçu "Boka Xuniors"la (Argentina) danışıqlar aparır.

 

Argentinalı hücumçunun yayda ölkəsinə qayıdacağı istisna olunmur. Bununla yanaşı, "Roma" da ona yeni – daha uyğun şərtlərlə müqavilə təklif etməyi düşünür.

 

Qeyd edək ki, Dibala cari mövsümdə 22 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.