"Benfika"nın futbolçusu Canluka Prestianni UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Real"la cavab oyununda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

 

Argentinalı vinger Portuqaliyada keçirilən ilk matçda rəqib oyunçu Vinisius Juniora qarşı irqçilik etməkdə ittiham olunur. Məsələ ilə bağlı araşdırma davam etdiyi üçün ali futbol qurumu 20 yaşlı futbolçuya keçici olaraq 1 oyunluq cəza verib.

 

Vinisius Prestianninin Lissabondakı görüşdə ona meymun dediyini iddia edib. "Benfika"nın oyunçusu isə bunu rədd edir.

 

Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.