"Beşiktaş"ın zədəli hücumçusu El Bilal Turenin son duurmu məlum olub. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergen Yalçın yerli mətbuata açıqlamasında deyib.

 

O, forvardın 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

 

Ture Super Liqada "Başakşəhər"lə matçda zədə alıb.

 

Forvard bu mövsüm Super Liqada 16 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.