Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. Sport24.az xəbər verir ki, yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən fevralın 27-dən martın 1-dək baş tutacaq.

 

Turnirdə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

 

Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

 

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

 

Heyəti təqdim edirik:

 

Kişilər  

60 kq 

Əhməd Yusifov

Balabəy Ağayev

 

66 kq

Nizami İmranov

Turan Bayramov

 

73 kq

Kamran Süleymanov

Hidayət Heydərov

 

81 kq

Ömər Rəcəbli

 

90 kq

Murad Fətiyev

 

100 kq

Zelim Kotsoyev

Əjdər Bağırov

 

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov

 

Qadınlar

48 kq 

Könül Əliyeva

Şəfəq Həmidova

 

52 kq

Aydan Vəliyeva

Leyla Əliyeva

 

63 kq

Fidan Əlizadə

 

70 kq

Südabə Ağayeva

 

+78 kq

Madina Kaisinova