Fevralın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının I turu keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdə 73 klub və idman cəmiyyətindən 358 idmançı (302 oğlan, 56 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.

 

"İstedadların seçimi" yarışının keçirilməsində məqsəd Azərbaycan millisinin sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

 

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.