İtaliya millisinin və "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını La Liqada davam etdirə bilər. Sport24.az "TuttoJuve"yə istinadən xəbər verir ki, "Real" onunla maraqlanır və yay "transfer pəncərəsi"ndə futbolçunu "rənglərinə bağlamağı" planlaşdırır.

 

Mənbənin sölərinə görə, "Kral klubu" bu keçid üçün 75 milyon avro ödəməyə hazırdır. Daha əvvəl "Arsenal" və "Mançester Siti"nin də Tonali ilə maraqlandığı bildirilirdi.

 

Qeyd edək ki, 25 yaşlı italyan futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. Tonalinin "sağsağanlar"la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçini 75 milyon avro dəyərində qiymətləndirir.