"Roma" müdafiəçi Daniele Gilardinin transferi ilə bağlı "Verona" ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "canavarlar"ın 23 yaşlı mərkəz müdafiəçisinin daimi transferi üçün 8 milyon avro, üstəgəl 1 milyon avro bonus ödəyəcəyi bildirilir. Keçidin 50faizi isə "Fiorentina"ya çatacaq. 

 

Gilardi 2025-ci ilin yayında "Roma"ya icarəyə verilib. Bu mövsüm mərkəz müdafiəçisi 14 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, "Roma" hazırda 46 xalla A Seriyasında beşinci yerdədir. Can Pyero Qasperininin komandası növbəti matçını fevralın 15-də  "Napoli" qarşı keçirəcək.