AFFA-nın təşkilatçılığı ilə qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun IV mərhələsi keçirilib. Sport24.az xəbər verir ki, məşğələlər Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunub.

 

Məşğələlərə təlimatçılar Faiq Əzizov, Vitali Kovalyov və Üzeyir İbrahimov rəhbərlik ediblər.