"Nərimanın transferi ilə bağlı xırda detallar qalıb. Böyük ehtimal keçid baş tutacaq". Bu sözləri Spor24.az futbol agenti Tural Əsgərov deyib.

O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya keçidi ilə bağlı danışıb:

"Bundan sonra viza və iş icazəsi alınmalıdır. Bunlar hamısı üst-üstə 2-3 həftə çəkəcək. Hər bir futbolçumuzun xarici kluba transfer olunması digər oyunçular üçün də bir cığırdır".

Əsgərovun sözlərinə görə, Nərimanın göstərəcəyi oyundan çox şey asılı olacaq:

"Arzu edək ki, bu keçid reallaşsın. Baş tutsa, bu, azərbaycanlı futbolçuya diqqəti başqa bir səviyyəyə çıxaracaq. Allah eləməsin, Nərimanın "Kolambus Kru"dakı performansı uğursuz olarsa, bu, hansısa futbolçumuzun xaricə transferinin qapısını bağlamayacaq. Çünki futbolçuya qiymət verəndə özünə baxıb dəyər verirlər. Nəriman elə yaşdadır ki, düzgün istiqamətdə iş görülsə, futbolçumuz indikindən daha üst səviyyəyə yüksələ bilər. Yəqin ki, Nərimanın birdən-birə komandanın oyunlarının təkbaşına həll etməsini gözləmirlər. "Kolambus Kru" rəhbərliyi səbrlə davransa, Nəriman yeni komandasında yaxşı işlər görə bilər".