Bu gün Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaqlar. Sport24.az xəbər verir ki, ilk yarış günündə üç təmsilçimiz tatamiyə çıxacaq.

 

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Nazir Talıbov eyni mərhələdə Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.