Fevralın 7-8-də Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində ölkəmiz 8 cüdoçu ilə təmsil olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

 

Kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 5 çəki dərəcəsində 8 cüdoçu - Balabəy Ağayev (60 kq), Nazir Talıbov, Ruslan Paşayev (hər ikisi 66 kq), Zelim Tçkayev, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (+100 kq) Parisdə tatamiyə çıxacaqlar.

 

Qeyd edək ki, turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.