Birinci Liqada mübarizə aparan "Mingəçevir" "Şamaxı"nın sabiq futbolçusu Bahadur Həziyevi transfer edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Həziyev "Şamaxı" ilə yanaşı, "Səbail" və MOİK-in də formasını geyinib. "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.