"Zirə"nin qapıçısı Tiaqo Silvanın Misli Premyer Liqasının XVIII turunda "Sabah"la oyunda iştirak etməməsinin səbəbi müəyyənləşib. Bu barədə Sport24.az-a klubdan məlumat verilib.

Portuqaliyalı qolkiper səhhətindəki problem səbəbindən matçın iştirak ərizəsinə salınmayıb.

Onun Azərbaycan Kubokunun 1/4 final mərhələsin ilk oyununda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, "Zirə" "Sabah"a 1:3 hesabı ilə uduzub. "Qartallar" fevralın 4-də səfərdə ölkə kubokunda "Sumqayıt"la üz-üzə gələcək