"Bavariya"nın vingeri Brayan Zaragosa "Roma" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 

 

24 yaşlı futbolçu 2026-cı ilin yayına qədər icarə əsasında "canavarlar"ın formasını geyinəcək. Müqavilədə 13 milyon avroluq sərbəst qalma bəndi də var. O, "Roma"da 97 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Saraqosa bu mövsüm icarə əsasında "Selta"nın formasını geyinib. Yarımmüdafiəçi İspaniya klubunda bütün turnirlərdə 26 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.