Xosep Qvardiola istefa verəcəyi halda, "Mançester Siti"nin "sükanı arxasına" keçməyə namizədlər arasında "Real"ın sabiq baş məşqçisi Xabi Alonso, "Çelsi"nin keçmiş çalışdırcısı Enso Mareska və "Komo"nun hazırkı baş məşqçisi Sesk Fabreqasın adı hallanır. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzetini məlumat yayıb. 

Bir müddət əvvəl mətbuatda Qvardiolanın cari mövsümün sonunda "Mançester Siti"dən ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"nin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə çempionu olmaqla yanaşı, iki dəfə FA Kubokunu və dörd dəfə Liqa Kubokunu qazanıb. 2023-cü ildə "şəhərlilər" Çempionlar Liqasının qalibi olub.