"Əl-Nəsr" rəhbərliyi Səudiyyə Ərəbistanı Çempionatının "Ər-Riyad"la oyunundan (1:0) əvvəl və sonra oyunçuların, məşqçinin açıqlama verməsinə icazə verməyib. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

 

Nə baş məşqçi Xorxe Xesus, nə də futbolçular oyundan əvvəl və sonra miks-zonaya gəlməyiblər. Portuqaliyalı məşqçi nə ənənəvi flaş müsahibəyə, nə də "Ər-Riyad"la oyundan sonrakı mətbuat konfransına qatılıb. Səudiyyə mediası Xorxe Xesusun oyundan sonrakı konfransda iştirak etmədiyinə görə üzr istədiyini bildirir.

 

Mətbuat konfransına qatılmaması "Əl-Nəsr" məşqçisinə 6700 avrodan çox başa gələcək. 

 

Qeyd edək ki, bütün bunlar klubda aparılan işlərdən narazı olan və "Ər-Riyad"la oyunda meydana çıxmaqdan imtina edən portuqaliyalı hücumçu Kriştiano Ronaldonun boykot etməsi fonunda baş verib.