2022-ci ildə "Qızıl top" mükafatının qalibi olan Kərim Benzemanın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, fransalı forvard "Əl-İttihad"ı Səudiyyə Ərəbistanının başqa klubuna dəyişib.

 

38 yaşlı hücumçu bundan sonra "Əl-Hilal"ın formasını geyinəcək. 

 

Qeyd edək ki, "Real"ın keçmiş futbolçusu 2023-cü ildən "Əl-İttihad"ın şərəfini qoruyurdu. O, meydana çıxdığı 83 oyunda 54 qol vurub.