"Latsio"nun 34 yaşlı yarımmüdafiəçi Matias Vesino "Selta"ya transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Viqo"ya keçib.
34 yaşlı futbolçu yeni klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Vesino bu mövsüm İtaliya klubunun heyətində 14 oyun keçirib və iki məhsuldar ötürmə edib. "Selta" hazırda La Liqada 33 xalla yeddinci yerdədir. Vesino karyerası ərzində "İnter"lə İtaliya çempionluğunu, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.