19 yaşa qədər futbolçulardan ibarət millimizin yeni baş məşqçisinin adı müəyyənləşib. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.
Redaksiyamıza ötürülən bilgiyə əsasən, U-19 yığmasının "sükanı" hazırda "Sabah"ın əvəzedici və U-19 komandasının çalışdırıcısı Adino Mustedanaqiçə tapşırılacaq. Mənbəmizin sözlərinə görə, artıq xorvat mütəxəssislə AFFA arasında bu yöndə razılıq əldə olunub.
U-19-un sabiq baş məşqçisi Elxan Abdullayev isə "Neftçi"nin futbol akademiyasının yeni koordinatoru təyin olunub.
Qeyd edək ki, bu yaş qrupu üzrə milli gələn il 20 yaşa qədər futbolçular arasına keçiriləcək dünya çempionatında mübarizə aparacaq. Mundiala isə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək .